ABŞ-da yerləşən elektrikli avtomobil istehsalçısı "Tesla" Almaniyada istehsalı dayandırmaq qərarına gəlib.

İndex.az xəbər verir ki, "Tesla", Qırmızı dənizdə gəmilərə edilən hücumların tədarük zəncirinə təsir göstərməsi səbəbindən Berlindəki fabrikində istehsalı iki həftə dayandırmaq qərarına gəldiyini açıqladı.

Uzadılmış daşınma müddətlərinin tədarük zəncirlərində boşluq yaratdığına diqqət çəkən açıqlamada, önəmli komponentlərə görə, 29 Yanvar-11 Fevral tarixləri arasında Berlində yerləşən zavodda bir neçə bölgə istisna olmaqla, avtomobil istehsalını dayandırmaq məcburiyyətində olduqlarını qeyd edilib.

Qeyd edilib ki, fevralın 12-dən etibarən istehsal tam olaraq davam edəcək.