ABŞ-ın elektrikli avtomobil istehsalçısı "Tesla", "avtopilot" sürücünün ölümcül qəzaya səbəb olduğuna görə ona qarşı açılan məhkəməni qazanıb.
İndex.az xəbər verir ki, Kaliforniya ştatının "Riverside County" Ali Məhkəməsində işə baxan 12 nəfərlik münsiflər heyəti qəzaya uğrayan avtomobildə heç bir istehsal qüsurunun olmadığının müəyyən ediblər.
İddiaçılar nəqliyyat vasitəsinin sahibi Micah Linin öldüyü, sərnişinlərin isə ağır yaralandıqları qəzada avtopilot sisteminin "Model 3" avtomobilini qəfildən yoldan çıxararaq ağaca çırpılması və alov almasına səbəb olduğunu iddia edib.
"Tesla" isə qəzanın insan səhvi nəticəsində baş verdiyini iddia edib.
Avtomobilin sürücüsü Linin sükan arxasına keçməzdən əvvəl spirtli içki qəbul etdiyini qeyd edən "Tesla", məsuliyyəti rədd edərək, qəza zamanı avtopilotun aktiv olub-olmamasının aydın olmadığını bildirib.
