Oyun dünyası süni intellekt sayəsində daha bir ilkin şahidi olur.
İndex.az xəbər verir ki, "Decart" texnologiya şirkəti və "AI laboratoriyası Etched"in birgə işi olan OASIS, bütün məzmunu süni intellekt tərəfindən yaradılan ilk oyundur.
"Minecraft"a bənzər bir quruluşa sahib olan oyun, klassik oyun motorlarından fərqli olaraq hər bir kadrı süni intellektlə real vaxtda yaradır. Oyunçular üçölçülü dünyada resurslar toplaya, əşyalar düzəldə və ətraflarını araşdıra bilərlər.
OASIS-in ən diqqət çəkən xüsusiyyəti oyun dünyasının daim dəyişən strukturudur. Oyunçular əraziyə yaxınlaşdıqca və ya ondan uzaqlaşdıqca mənzərələr müxtəlif forma və ölçülərə çevrilə bilər. Bu oyuna sürreal atmosfer əlavə edir.
