"Arçelik", süni intellekt texnologiyası ilə işləyən paltaryuyan maşınını hazırlayıb.

İndex.az xəbər verir ki, "Neo" adlı paltaryuyan maşın paltara uyğun yuyulmanın proqramını, vaxtını və yuyucu vasitənin miqdarını avtomatik olaraq özü tənzimləyir.

O, avtomatik olaraq içərisindəki paltarların toxuculuq növünü, yük miqdarını və kir səviyyəsini təyin edir.

Yuyucu, enerji və su sərfiyyatını ideal səviyyədə saxlayır.

Beləliklə, ətraf mühitin qorunmasını dəstəkləyir.

"Auto Dose" texnologiyası ilə o, 20 yuma üçün lazımi miqdarda yuyucu vasitəni avtomatik tənzimləyir.

İstifadəçiyə hər dəfə yuyucu vasitənin miqdarına görə çəni doldurmağa ehtiyac yoxdur.

Yuma üçün lazım olduqda avtomatik dozada maye yuyucu və yumşaldıcı istifadə edir.

"HomeWhiz" proqram dəstəyi sayəsində hazır proqramları paltaryuyan maşına yükləmək mümkündür.

Maşının iş vəziyyətini isə telefondan yoxlamaq mümkündür.