"Süni intellektin atası" kimi tanınan 75 yaşlı Geoffrey Hinton süni intellekti yaratdığına görə peşman olduğunu deyərək "Google"dan istefa verdiyini açıqlayıb.
İndex.az xəbər verir ki, Geoffrey Hinton süni intellektli çatbotların hazırda insanlardan daha təhlükəli olmadığını, lakin onların yaxın gələcəkdə insanlardan daha ağıllı və daha təhlükəli olacağını bildirib.
Hinton bildirib ki, çatbot tezliklə insan beyninin bilik səviyyəsini üstələyəcək:
"Hazırda gördüyümüz odur ki, "GPT-4" sahib olduğu ümumi məlumatların miqdarı baxımından insanı üstələyir. Prosesin irəliləyiş tempini nəzərə alsaq, belə sürətlə inkişafdan narahat olmaq lazımdır. Biz bioloji onlar isə rəqəmsal sistemlərdir. Rəqəmsal sistemlərin bioloji sistemlərdən ən böyük fərqi, sahib olduqları məlumatları başqa platforma və ya robota köçürə bilmələridir. Biz süni intellektə məsuliyyətlə yanaşmağa davam edirik. Ortaya çıxan riskləri anlamağa çalışarkən daim yeniliklər edirik".
