Süni intellektdən ən çox faydalanan şirkətlərdən biri də “Nvidia” olub.

İndex.az xəbər verir ki, şirkət son rübdə gəlirlərini 206% artıraraq uğura imza atıb.

Belə ki, “Nvidia” gəlirlər bu dövrdə gözləntiləri aşaraq 18,12 milyard dollara çatıb.

3-cü rübdə xalis gəlir 9,24 milyard dollar olub.

Xalis gəlir əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1256% artıb.

Şirkətin məlumat mərkəzinin gəlirləri, o cümlədən süni intellekt çipləri 279% artaraq 14,51 milyard dollara, oyun seqmentində gəlir isə 81% artaraq 2,86 milyard dollara çatıb.

“Nvidia” həmçinin dördüncü maliyyə rübündə 231% artımla 20 milyard dollar gəlir əldə edəcəyini gözləyir.