Süni intellektin və ChatGPT-nin daxil olduğu sənayelərin sayı artmaqda davam edir.

İndex.az xəbər verir ki, 2006-cı ildə "Microsoft"un keçmiş rəhbərləri və "Microsoft spinoff Expedia"nın həmtəsisçiləri Riç Barton və Lloyd Frink tərəfindən qurulan daşınmaz əmlak bazarı şirkəti "Zillow" "ChatGPT"nin şirkətlərinə inteqrasiya etdiyini elan edib.

"Zillow" "ChatGPT"ni aktivləşdirildikdə, istifadəçilər "ChatGPT"yə hansı növ əmlakı almaq və ya icarəyə vermək istədiklərini deyə və yer, qiymət, yataq otağının sayı kimi meyarları paylaşa bilərlər.

"ChatGPT" daha sonra "Zillow"un verilənlər bazasına daxil olacaq və axtarış meyarlarınıza uyğun gələn bəzi variantları təqdim edəcək.