“Stellantis”, ilin ilk 10 ayında 18,8% bazar payı əldə edərək, 30%-dan çox bazar payı ilə Avropanın furqon avtomobil bazarında liderliyini qoruyub.

İndex.az xəbər verir ki, markanın verdiyi açıqlamaya görə, genişləndirilmiş Avropa əməliyyatları şirkətin uğurlu fəaliyyətinə əhəmiyyətli töhfə verib.

Xüsusilə, daşınmalarda 11%-lik artımın təsiriylə illik 5% xalis gəlir artımı “Stellantis”i üçüncü rübdə 18,3% bazar payı qazandıraraq, Avropa bazarı satışlarında ikinci yerə yüksəldib.

“Stellantis”in 30%-dən çox bazar payı ilə davamlı olaraq üstünlük təşkil etdiyi kommersiya avtomobili seqmentindəki performansı bu yaxınlarda istifadəyə verilmiş “Stellantis Pro One” biznes bölməsi tərəfindən dəstəklənir.