Rəqəmsal musiqi platforması "Spotify", işçilərinin bir hissəsini işdən çıxarmağa hazırlaşdığını bildirib.

İndex.az xəbər verir ki, "Spotify"ın CEO-su Daniel Ek, şirkətin internet saytında yayımlanan bir yazıda işçilərinin təxminən 17%-i ilə yollarını ayıracaqlarını açıqladı.

Açıqlamada ixtisar olunacaq işçilərə 5 aylıq işdən çıxma pulu veriləcəyi bildirilib.

Şirkətin əldə etdiyi gəliri necə istifadə edəcəyi ilə bağlı daha strateji addımlar atacağını ifadə edən Ek, "Spotify"ın daha sadə bir quruluşa diqqət yetirəcəyini söyləyib.

Qeyd edək ki, "Spotify"ın 31 dekabr 2022-ci il tarixinə 8359 işçisi var idi.