İlon Maska məxsus kosmik nəqliyyat şirkəti "Space X", Beynəlxalq Kosmik Stansiyaya (BKS) 4 astronavt göndərib.
İndex.az xəbər verir ki, ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) "Crew-7" missiyasını yerinə yetirmək üçün 4 astronavtın daxil olduğu "Crew Dragon" kapsulu yerli vaxtla saat 03:27-də "Space" ilə ABŞ-ın Florida ştatındakı "Kennedi Kosmik Stansiyası"ndan orbitə buraxılıb.
NASA-nın əməkdaşı Jasmin Moqbelinin rəhbərlik etdiyi yeni komandaya "Avropa Kosmik Agentliyi"ndən (ESA) danimarkalı Andreas Mogensen, "Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi"ndən (JAXA) Satoşi Furukava və "Rusiya Federal Kosmik Agentliyi"ndən (Roskosmos) kosmonavt Konstantin Borisov daxildir.
Ekipajı daşıyan "Crew Dragon" kapsulunun "Falcon 9" raketini tərk edərək BKS-nin orbitində 24 saatdan çox orbitdə qaldıqdan sonra sabah yerli vaxtla səhər saat 08:39-da BKS-ə çatması gözlənilir.
