"Sony", "PlayStation 5" oyun konsolunun satışı sayəsində rekord gəlir əldə edib.

İndex.az xəbər verir ki, "Sony", çiplər və "PlayStation 5" satışları sayəsində 1,21 trilyon yen (8.55 milyard dollar) gəlir əldə edərək rekord qırıb.

Şirkətdən bilrilib ki, bu ilin ilk rübündə ümumi gəlirin 2,92 trilyon yen olacağı gözlənilsə də, çiplər və "PlayStation 5" satışlarının artması sayəsində 3,06 trilyon yen (22,7 milyard dollar) gəlir əldə edilib.

Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 35% daha çoxdur.