Bu il yenidən Venesiyada tətbiq ediləcək giriş haqqı cümə günündən etibarən qüvvəyə minəcək.
İndex.az xəbər verir ki, keçən il istifadəyə verilən və dünyada bir ilk olan bu proqramla şəhər məşğul dövrlərdə gündəlik turist axınına nəzarət etməyi hədəfləyir.
Bu ilin ən təəccüb doğuran yeniliyi isə son dəqiqə rezervasiya edən gündəlik ziyarətçilərə aiddir. Şəhərə gəlməzdən üç gün əvvəl onlayn alınmayan giriş icazələri üçün ödəniş standart 5 avrodan 10 avroya qədər artacaq.
Təcrübə aprelin 18-dən iyulun 27-dək, əsasən həftə sonları olmaqla 54 gün ərzində keçərli olacaq.
