Almaniya kansleri Olaf Şolz gələn il ölkə büdcəsində vətəndaşlar və şirkətlər üçün qənaət qərarlarının olacağını bəyan edib və büdcə çətinliklərinə baxmayaraq iqtisadiyyatı modernləşdirəcək və Ukraynaya dəstək verəcəklərini vəd edib.
İndex.az xəbər verir ki, Almaniyanın son vaxtlar “Covid-19” epidemiyası, Ukraynadakı müharibənin iqtisadiyyata təsiri və artan enerji qiymətləri ilə mübarizə apardığını vurğulayan Şolz, enerji qiymətlərinin gözlənilmədən artması halında tez bir zamanda əks tədbirlər görəcəyini söyləyib.
Almaniya hökumətinin enerji qiymətlərindəki yüksək həddi bu ilin sonuna qədər sona çatdıracağını bildirən Şolz, aşağı qiymətlər və yaxşı doldurulmuş təbii qaz çənləri səbəbiylə enerji qiymətlərinin də enəcəyini qeyd edib.
Olaf Şolz, iqlim dəyişikliyi ilə mübarizə apardıqlarını və çətinliklərə baxmayaraq Almaniyanı modernləşdirməyə çalışdıqlarını deyib.
