Mesajları tarixə görə tapmaq xüsusiyyəti "WhatsApp"a da gəlir.

İndex.az xəbər verir ki, hal-hazırda beta proqramında istifadəçilərə təqdim edilən funksiya sayəsində çox köhnə mesajlar asanlıqla tapıla bilər.

"WhatsApp" veb tətbiqində istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün işlərini davam etdirir və beta proqramına daxil olan istifadəçilərə yeni funksiyalar təqdim edir.

İstifadəçilərin öz mesajlarını tez tapmasını təmin etmək üçün yeni yan panel və qrup söhbət filtrindən sonra mesajların tarixə görə tapılması funksiyası tətbiq olunur.

“WhatsApp” veb tətbiqində istifadəçilər təqvim işarəsinə basaraq paneli aça və müəyyən tarixdə paylaşılan mesajı asanlıqla tapa biləcəklər.