"Twitter" San-Fransiskodakı nəhəng, parlaq X loqosunu yığışdırıb.
İndex.az xəbər verir ki, "Twitter"in San-Fransiskodakı baş qərargahındakı nəhəng, parlaq X loqosu sakinlərin şikayətindən sonra yığışdırılıb.
San-Fransisko şəhərinin Bina Təftişi Departamenti, icazəsiz loqo dəyişdirilməsi ilə bağlı sakinlərdən 24 şikayət aldığını bildirib.
Rəsmilər qeyd ediblər ki, insanlar “X” loqosunun təhlükəli olmasından və yaydığı işıqdan şikayətlənir.
