Yaponiyanın baş naziri Kişida Fumionun Yaxın Şərq turunun ilk dayanacağı olan Səudiyyə Ərəbistanında investisiya naziri Xalid əl-Falih ilə görüşüb.

İndex.az xəbər verir ki, Səudiyyə Ərəbistanı və Yaponiya bərpa olunan enerji, texnologiya və kənd təsərrüfatı üzrə 26 saziş və protokol imzalayıb.

Nazir Falih bildirib ki, imzalanan saziş və protokollar iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin möhkəmlənməsinə və tərəfdaşlığın genişləndirilməsinə töhfə verəcək.

26 razılaşma və protokolun təmiz enerji sahələrinə yönəldiyini qeyd edən nazir Falih onların bərpa olunan enerji, hidrogen enerjisi, kosmos, texnologiya, kənd təsərrüfatı, əyləncə və süni intellekt kimi bir sahəni əhatə etdiyini bildirib.