Avropa İttifaqı (Aİ) Şurası və Avropa Parlamenti "Şengen" vizası haqqında qanun layihəsini qəbul edib.

İndex.az xəbər verir ki, Aİ Şurası və Avropa Parlamenti tərəfindən "Şengen" vizalarının rəqəmsallaşdırılması ilə bağlı yeni qanun layihəsini qəbul edilib.

Yeni qanun qüvvəyə mindiyi zaman pasportlara yapışdırılan vizalar rəqəmsallaşacaq və internet üzərindən 2D ştrix-kod şəklində veriləcək.

Vizaları mobil cihazlara yükləmək olar.

Viza üçün müraciət edənlər bir çox dildə onlayn viza üçün müraciət edə biləcəklər.

Yeni sistemlə müraciətlər vahid internet platforması üzərindən işlənəcək.

Lazımi sənədlər bu platforma vasitəsilə yüklənəcək və viza rüsumu buraya yatırıla bilər.