Görünür, “Samsung” “3nm”in istehsal prosesində istədiyi nöqtəyə hələ də çatmayıb.

İndex.az xəbər verir ki, yayılan məlyumata görə, bütün əsas müştərilər TSMC-nin “3nm” texnologiyasından istifadə edəcəklər.

Belə ki, “Qualcomm”un 2024-cü ildə “Snapdragon 8” “Gen 4” üçün həm “Samsung Foundry”, həm də TSMC-nin “3nm” proseslərindən istifadə edəcəyi bildirilirdi.

İndi isə “China Times” iddia edir ki, həm “MediaTek”, həm də “Qualcomm”, “Dimensity 9400” və “Snapdragon 8 Gen 4” istehsal etmək üçün TSMC-nin ikinci nəsil “3nm” prosesindən (N3E) istifadə etməyi planlaşdırır.

Bu yeni texnologiya “Apple”ın hazırda “iPhone 15 Pro” seriyası üçün “A17 Pro” prosessorunu hazırlamaq məqsədi ilə istifadə etdiyi N3B prosesi üzərində performans və səmərəliliyin təkmilləşdirilməsini təklif edir.