Təkcə su əllərinizdəki kiri təmizləmək üçün kifayət edir, lakin sabun çətin çıxarılan mikroblarla mübarizə aparmağa kömək edir.
İndex.az xəbər verir ki, sabun molekullarının hidrofilik (su çəkən) ucları su ilə birləşir və sonra hidrofobik (su itələyici) uclar yağlara, patogenlərə (hər cür xəstəlik törədən orqanizmlər və maddələr) və digər maddələrə təsir edir.

Sabun əlimizdəki mikroblarla birləşdikdən sonra su işə düşdükdə həm mikrobları, həm də sabunu birlikdə təmizləyir. Beləliklə, bunu belə ümumiləşdirə bilərik: Sabun mikrobları toplayır və su onları əllərimizdən yuyur.
Əllərinizi cəmi 15 saniyə sabunlamaqla patogenlərin 90%-ni, əllərinizi 30 saniyəyə sabunlamaqla isə 99,9%-ni yox edə bilərsiniz.
