Böyük Britaniya anti-Rusiya sanksiyalar paketinin bir hissəsi kimi bütün yüksək rütbəli siyasətçilərin, məmurların və menecerlərin ölkəyə girişini qadağan etməyi planlaşdırır.

İndex.az xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.

Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi sanksiya siyahısına bütün regional və federal nazirləri, habelə iri Rusiya şirkətlərinin direktorlarını və yüksək vəzifəli menecerlərini daxil edəcək. Məhdudlaşdırıcı tədbirlər federal və dövlət qurum və agentliklərinin yüksək vəzifəli məmurlarına, enerji və maliyyə sektorundakı şirkətlərin menecmentlərinə, habelə Rusiya KİV-lərinin rəhbərliyinə də təsir edəcək.

Ölkə hakimiyyəti belə bir addımın atılması zərurətini Rusiya rəhbərliyinə siyasi təzyiqləri artırmaq və guya “Kremllə bağlı elitalar”ı təmsil edən “milli təhlükəsizliyə təhdidləri azaltmaq” niyyəti ilə izah edir. Sanksiyaya məruz qalan şəxslərin tam siyahısı Daxili İşlər Nazirliyi tərəfindən açıqlanacaq.