Rusiya Hava Hücumundan Müdafiə sistemləri ötən gecə Ukraynanın 129 pilotsuz uçuş aparatını vurub.

İndex.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, PUA-ların hamısı Rusiya regionları üzərində vurulub.

Vurulan Ukrayna PUA-larından biri Rusiyanın Voronej vilayətində dəmir yolu xəttinə düşüb. Nəticədə qatarların hərəkətində gecikmə olub.