İngiltərənin enerji tənzimləyicisi olan Şimal Dənizinin Transformasiya Ofisi (NSTA) ölkənin ən böyük neft yatağı olan "Rosebank"da neftin işlənməsi və hasilatı üçün icazənin verildiyini açıqlayıb.
Ölkənin enerji tənzimləyicisi NSTA-nın bəyanatına görə, "Rosebank" neft yatağının işlənməsi və yataqda neft hasilatı üçün "Equinor" və "Ithaca Energy" şirkətlərinə icazə verilib.
NSTA tərəfindən verilən açıqlamada, şirkətlərin "Rosebank Sahə İnkişaf Planı" təsdiq edildikdən sonra layihələrini davam etdirə biləcəyini və layihənin bütün həyat dövrü ərzində sıfır emissiya hədəflərinin nəzərə alınacağını bildirilib.
"Equinor" tərəfindən edilən açıqlamaya görə isə, şirkət "Rosebank" neft yatağının inkişaf etdirilməsi layihəsinin birinci mərhələsi üçün "Ithaca Energy" ilə yekun investisiya qərarı verib və bu çərçivədə 3,8 milyard dollarlıq investisiya ediləcək.
