Ermənistanın “Ran Oil” yanacaqdoldurma şəbəkəsi Azərbaycandan gətirilmiş yanacağın satışına başlayıb.
Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu ölkədə Azərbaycan benzinini cəmi iki şirkət satacaq.
Azərbaycandan 11 sistern (600 ton) benzin alan erməni şirkəti "Mega Trade", dekabrın 23-dən etibarən onun satışını “Ran Oil” yanacaqdoldurma şəbəkəsi vasitəsilə həyata keçirməyə başlayıb.

Şirkətin direktoru Karen Ayriyan jurnalistlərlə bildirib ki, 1 litr benzinin qiyməti ölkənin regionundan asılı olmayaraq 430 dramdır ($1,13). Üstəlik, cari qiymət ilkin elan edilmiş 440 dram ($1,16) qiymətindən daha aşağı olub.
Daha öncə 22 sistern yanacaq Azərbaycandan Ermənistana Gürcüstan vasitəsilə göndərilmişdi. Benzin Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən istehsal edilib. Sövdələşmə iki şirkət ilə bağlanıb və hər biri SOCAR-ın məhsulundan 11 sistern alıb.
