Azərbaycan Mərkəzi Bankı illik Rəqəmsal Ödənişlər İcmalında maraqlı nüansa toxunub.

İndex.az xəbər verir ki, Mərkəzi Bankın yaydığı məlumata əsasən Azərbaycanda fəaliyyət göstərən 3 bankın mobil tətbiqi yoxdur.

Söhbət "Bank VTB" (Azərbaycan), "İran Milli Bankı"nın Bakı filialı "Naxçıvanbank"dan gedir.

Məsələ ilə bağlı hər üç bankdan fərqli cavablar əldə etdik.

"Naxçıvanbank"dan bildirildi ki, mobil tətbiq hələ tam hazır olmadığı üçün istifadəyə verilməyib.

"Bank VTB" (Azərbaycan) mobil tətbiqin texniki səbəblərə görə olmadığını, bu sahədə işlərin görüldüyünü bildirdi.

"İran Milli Bankı"nın Bakı filialı isə mobil tətbiqin olmamasının səbəbi kimi İrana qarşı tətbiq olunan sanksiyaları göstərdi.