Rekord həddə yüksələn qızıl qiymətləri yüksək istiqraz gəlirləri səbəbi ilə ucuzlaşmağa başlayıb.

İndex.az xəbər verir ki, qızıl həftənin dördüncü ticarət günündə bir unsiya üçün 2 min 727 dollara satılıb.

Qiymətli metal bu il ərzində təxminən 32% artaraq 2024-cü ildə ən güclü performans göstərən əmtəə olub.