Azərbaycanda bu il sahibkarlıq fəaliyyətinə 3,3 milyard manat güzəşt tətbiq ediləcək.

İndex.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bundan başqa, 2026-cı ildə qeyri-sahibkarlıq fəaliyyətinə 12 milyon manat güzəşt tətbiq olunacaq.

İl ərzində həmçinin qeyri-kommersiya fəaliyyətinə 436,5 milyon manat, qrant, humanitar və texniki yardıma 33,4 milyon manat, xüsusi iqtisadi zonalar və Ələt Azad İqtisadi Zonasına 4,7 milyon manat, beynəlxalq müqavilələrə 1,4 milyard manat, maliyyə xidmətləri və dövlət maliyyə insitutlarının fəaliyyətinə 598,4 milyon manat, sosial baxımdan həssas əhali qrupuna 674,9 milyon manat azadolma tətbiq ediləcək.