Energetika Nazirliyi şəkərbura və paxlava alır.

İndex.az nazirliyə istinadən xəbər verir ki, qurum Şirniyyatların satın alınmasına dair kotirovka sorğusunu elan edib.

Nazirlik 500 ədəd paxlava və 500 ədəd şəkərbura almaq niyyətindədir.

Belə ki, kotirovka sorğusuna əsasən, paxlavanın tərkibi un, kərə yağı, yumurta, qoz, bal, şəkər tozu, limon turşusu, hil, zəfəran, su, şəkərburanın tərkibi isə un, kərə yağı, günəbaxan yağı, yumurta, şəkər tozu, süd, fındıq, quru maya, hil, xama, vanil tozu olmalıdır.

Müsabiqənin başlanma tarixi və vaxtı 30.12.2025-cı il, saat 14:00, təkliflərin son təqdim olunma tarixi və vaxtı 19.01.2026-cı il, saat 15:00, zərflərin açılması tarixi və vaxtı isə 19.01.2026-cı il, saat 15:00-də baş tutacaq. Müsabiqədə iştirak haqqı 10 manat təşkil edir.