Oktyabr ayında Qlobal smartfon bazarında ardıcıl olaraq ikinci ildə də artım qeydə alınıb.

İndex.az xəbər verir ki, “Counterpoint Research” tərəfindən aparılan araşdırmada, önümüzdəki rüblərdə böyümə sürətinin tədricən artacağı bildirilib.

Məlumatlar göstərir ki, qlobal aylıq smartfon satış həcmi 5% artaraq, 2021-ci ilin iyun ayından bu yana rekord illik artım göstərib.

“Counterpoint” öz hesabatında qlobal smartfon satışlarının son iki ildə təzyiq altında olduğunu və müxtəlif problemlərdən təsirləndiyini bildirib.