Beynəlxalq şirkətlər İngiltərəyə böyük miqdarda yatırım etməyə hazırlaşır.
İndex.az xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Rişi Sunak bildirib ki, beynəlxalq şirkətlər İngiltərədə texnologiya, bərpa olunan enerji, infrastruktur və həyat elmləri sektorlarına 29,5 milyard funt sterlinq sərmayə yatıracaq.
Ölkəni investisiya və iş baxımından dünyanın ən yaxşı bölgəsinə çevirdiklərini ifadə edən Sunak qeyd edib ki, qlobal şirkətlərin qoyduğu 29,5 milyard funt sterlinqlik sərmayə minlərlə iş yeri yaradacaq və İngiltərə iqtisadiyyatı üçün böyük bir güvən ortaya çıxaracaq.
Sunak qlobal investisiyaların cəlb edilməsinin iqtisadiyyatı inkişaf etdirmə planının mərkəzində olduğunu və təmiz enerji, həyat elmləri və qabaqcıl texnologiya kimi əsas sektorlarda yeni fondlarla ölkə daxilində böyümənin təşviq ediləcəyini bildirib.
