Qlobal fondlar Çin səhmlərini oktyabr ayından bəri ən aşağı səviyyəyə endirib.

İndex.az xəbər verir ki, Qlobal fondların Çin səhmlərində rekord satışlar həyata keçirməsi onların mövqelərini oktyabr ayından bəri ən aşağı səviyyəyə endirib.

Belə ki, xarici fondlar avqust ayında Honkonqla ticarət əlaqələri vasitəsilə təxminən 90 milyard yuan (12 milyard dollar) səhm satıb.

Bu, "Bloomberg"in 2016-cı ilə qədər tərtib etdiyi məlumatlara görə ən yüksək göstəricidir.