FED sədri Cerom Pouelin çıxışından sonra qızıl daha da ucuzlaşıb.
İndex.az xəbər verir ki, FED sədri Cerom Pouelin Nümayəndələr Palatasından etdiyi yarımillik çıxışında uçot dərəcələrini artırmağa davam edəcəyini təkrarlamasının ardından istiqrazların faizlərinin artması fonunda qızıl enişini davam etdirib.
Hazırda qızılın unsiyası 1930 dollara satılır.
Bazarlar Pauellin şərhlərini incələdikdən sonra 10 illik istiqraz gəlirləri faiz gətirməyən spot qızıla təzyiq göstərərək yüksəldi.
