ABŞ istiqrazlar vasitəsi ilə qızılı ucuzlaşdırır.

İndex.az xəbər verir ki, bazarların Avropada uçot dərəcəsi ilə bağlı fərqli istiqamətlərə yönəlməsi və ABŞ-da istiqrazların gəlirliliyinin artması qızılı ucuzlaşdırıb.

Hazırda qızılın unsiyası 1935 dollara satılır.

Avropa Mərkəzi Bankının İdarə Heyətinin Üzvü Mario Centeno həmkarlarına uçot dərəcələrini həddindən artıq artırmaq riski barədə xəbərdarlıq etsə də, pul bazarları AMB-nin uçot dərəcələrini daha uzun müddət yüksək səviyyədə saxlayacağı ilə bağlı fikir bildirib.