ABŞ-da inflyasiya azaldığına görə, Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcələrini azaltmaq üçün hərəkətə keçəcəyi ilə bağlı gözləntilər qızıl qiymətlərini rekord həddə yüksəldib.

İndex.az xəbər verir ki, qızıl bu gün Sinqapurda təxminən səhər saat 9-da 0,3% bahalaşaraq bir unsiya üçün 2,185,56 dollara satılıb.

Qızıl qiymətlərinin bu yüksəlişi davam etdirəcəyi ilə bağlı suallar bu həftə ABŞ-da açıqlanacaq yeni inflyasiya məlumatları ilə cavab tapacaq.

Keçən ay olduğu kimi gözləniləndən daha yüksək məlumatlar qiymətli metalın yenidən ucuzlaşmasına səbəb ola bilər.