ABŞ Federal Ehtiyat Sisteminin (FED) həyata keçirdiyi aqressiv faiz artımı kampaniyasının sona çatdığına dair xəbərlər qızılın qiymətini 2%-dən çox yüksəldib.

İndex.az xəbər verir ki, bu həftə 2%-dən çox yüksələn spot qızıl, həftənin son əməliyyat günündə 0,2% artımla 1.985 dollara satılıb.

Dünən ABŞ-da açıqlanan məlumatlar əmək bazarında yumşalmanın davam etdiyini göstərsə də, FED rəsmilərinin inflyasiya ilə mübarizənin davam edəcəyi ilə bağlı şərhləri bazarların istiqamət tapmasını çətinləşdirir.