Münsiflər heyəti Trampın 6 həftədir davam edən işi ilə bağlı qərarını verib.
İndex.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti və 2024-cü il prezident seçkiləri üçün Respublikaçılar Partiyasının namizədi Donald Tramp Nyu-Yorkda keçirilən məhkəmədə ona qarşı irəli sürülən 34 ittihamın hamısında günahkar bilinib.
Beləliklə, ABŞ tarixində ilk dəfə olaraq ona qarşı irəli sürülən ittihamlarla hakim qarşısına çıxan keçmiş prezident təqsirli bilinib.
Münsiflər heyətinin qərarından sonra Tramp mətbuata qısa açıqlama verərək bildirib ki, bu qərar, biabırçı və saxta bir məhkəmə tərəfindən verilib:
"İnsanlar burada nə baş verdiyini bilirlər. Mən çox günahsız bir insanam. Ölkəmizi və konstitusiyamızı müdafiə edirəm. Bizim ölkəmiz çox çətin vəziyyətdədir. Bu qərar saxtadır və bu hakimlərə heç vaxt məhkəmədə sədrlik etməyə icazə verilməməli idi".
