Alimlər qəhvə çöküntüsünün betonu daha möhkəm etdiyini aşkar ediblər.
İndex.az xəbər verir ki, alimlərin fikrincə, tamamilə tullantı olan qəhvə çöküntüsü beton istehsalında güclü bağlayıcı material kimi istifadə oluna bilər.
Avstraliyanın "RMIT Universiteti"ndən olan bir qrup tədqiqatçı onun beton istehsal prosesində silisium dioksid əvəzinə istifadə oluna biləcəyini və uyğun nisbətlərdə istifadə edildikdə qəhvə torfunun tək qumdan daha güclü kimyəvi bağ əmələ gətirdiyini aşkar edib.
Digər tərəfdən tədqiqat qrupu bildirir ki, tək Avstraliya hər il 75 milyon kiloqram qəhvə istehsal edir və bu qəhvələrin çöküntüsü zibilliklərə gedir.
Açıqlamaya görə, üzvi tullantıların atılması iqlim dəyişikliyinə səbəb olan metan və karbon dioksid kimi böyük miqdarda istixana qazları buraxdığı üçün ekoloji problem yaradır.
