Ermənistana Rusiya taxılı daşıyan növbəti yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Böyük Kəsik dəmir yolu stansiyasına çatıb.

İndex.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq səhmdar cəmiyyətindən bildirilib.

Məlumata görə, 8 vaqondan ibarət qatarda 560 ton Rusiya taxılı var.

ADY-dən o da bildirilib ki, bundan əvvəl Ermənistana Rusiya taxılı daşıyan daha 3 yük qatarı göndərilib.