“Huawei” növbəti dəfə öz ölkəsində liderliyi ələ keçirib.
İndex.az xəbər verir ki, Çin istehsalçısı qatlanan telefon bazarında ən yaxın rəqibi olan "Samsung"u geridə qoyaraq birinci yeri tutub.
Yeni bazar araşdırmasına görə, "Huawei" bu ilin birinci yarısında 50%-dən çox bazar payına çatıb.
Əlavə olaraq qeyd edək ki, "Huawei" bu uğura, xüsusilə 5G-yə qarşı sanksiyaların davam etdiyi dövrdə nail olub. Üstəlik, "Samsung" qərb bazarında liderliyini davam etdirərkən, Çində "Vivo", "Honor", "Oppo" və "Xiaomi" kimi markalar arasında daha ciddi rəqabət var.
