Avropa İttifaqı (Aİ) çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə üçün yeni qurum yaradacaq.

İndex.az xəbər verir ki, bu qurum maliyyə sektorunda öhdəlik daşıyan qurumlar üzərində birbaşa və dolayı nəzarət səlahiyyətinə malik olacaq.

Yeni yaradılacaq qurumun səlahiyyət öhdəliyi subyektlərin qanunvericiliyə əməl etməsini təmin etmək, milli nəzarətçilərlə inteqrasiya edilmiş mexanizm yaratmaq, çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin effektivliyini artırmaqdır.

Maliyyədən başqa sektorlarda da köməkçi rola sahib olacaq qurum, üzv ölkələrdə maliyyə kəşfiyyatı bölmələrini koordinasiya edəcək, sistemli və ya təkrarlanan qayda pozuntuları olduqda cərimələr tətbiq edə biləcək.