Almaniyanın idman avtomobil markası "Porsche", yeni istehsal edilən avtomobillərində ediləcək əsas yenilikləri açıqlayıb.
İndex.az xəbər verir ki, Alman şirkəti tərəfindən keçən həftə edilən açıqlamada bildirilib ki, yeni model "Porsche" istehsal edilərkən, avtomobillərə "Google Maps" və "Google Help" əlavə ediləcək.
"Porsche", "Google" proqramını avtomobilə tam inteqrasiya etməyə yanvar ayından sonra, "Volkswagen"in "Cariad" bölməsi ilə proqram təminatının tədqiqi və inkişafı üzrə əməkdaşlığı bitirdikdən sonra başlayacaq.
