FED-in iyul ayındaki faiz artımından sonra sentyabr ayı üçün dəqiq siqnal verməməsi, sərtləşmə dövrünün sona çatdığı ilə bağlı spekulyasiyalara səbəb olsa da, bəzi investorlar ehtiyatlı olmağa çağırır.

İndex.az xəbər verir ki, dünyanın ən böyük aktiv istiqraz fondunu idarə edən "Pimco" gəlir fondunun direktoru Daniel İvaskin, FED-in faiz artımını bitirəcəyinə dair fikirlərin yaranmasının yalnış olduğunu söylədi.

Sentyabr ayında faiz artımı şansının yarıya düşdüyünü düşünən İvaskin, sentyabr ayında olmasa belə, faiz artımı riskinin bir müddət daha davam edəcəyini söylədi.

İnflyasiyanın hədəfin üzərində qalma ehtimalının olduğunu ifadə edən İvaskin, inflyasiyanın mənzil qiymətlərində ola biləcək artımla bir müddət daha davam edəcəyini bildirdidi.