FED sədri Cerom Pauelin Nümayəndələr Palatasının Maliyyə Xidmətləri Komitəsinə təqdimatının mətni dərc olunub.
İndex.az xəbər verir ki, FED sədri Cerom Pauel Nümayəndələr Palatasının Maliyyə Xidmətləri Komitəsinə təqdimatında inflyasiyanı cilovlamaq üçün daha yüksək faiz artımına ehtiyac olduğunu vurğulayıb.
Pauell, inflyasiyanı 2%-lik hədəfə çatdırmaq üçün uzun bir yol qət etmələri lazım olduğunu bildirərək, ilin sonunda bir qədər yüksək faiz gözləntilərini təkrarlayıb:
"Mən və həmkarlarım yüksək inflyasiyanın yaratdığı çətinliklərdən xəbərdarıq və 2%-lik hədəfə qayıtmaq planına sadiqik. Keçən ilin ortalarından etibarən inflyasiya bir qədər azalıb, lakin inflyasiya təzyiqləri hələ də yüksəkdir. Demək olar ki, bütün iştirakçılar, faizləri ilin sonuna qədər bir az daha artırmağın məqsədəuyğun olacağı mövzusunda razılaşdı. Məlumatlara baxaraq və bu məlumatların iqtisadi fəaliyyətə təsirlərini qiymətləndirərək qərarlarımızı yığıncaq əsasında verəcəyik".
