PASHA Bank

Bazar Riskləri üzrə Mütəxəssis

 

Son tarix 10 okt 2022 -

İşiniz nədən ibarətdir?

  • Risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, ölçülməsi və idarəedilməsi;
  • Hesabat hazırlamaq üçün proseslərin, alətlərin və sistemlərin tətbiqi də daxil olmaqla bazarın və likvidlik riski funksiyasının bəzi aspektlərinin icrası;
  • Kəmiyyət modellərinin inkişafı, yenilənməsi və tətbiqi üçün çərçivənin inkişafına dəstək verilməsi; (məsələn, statistik əsas ölçmə metodları, həssaslıq analizi, ssenari analizi və s.)
  • Pul bazarı, istiqraz, kapital və derivativ ticarət üçün limitlərin monitorinqi, ölçülə bilən risklərin təsdiq olunmuş limitlər daxilində olmasının təmin edilməsi;
  • Bankın valyuta və faiz dərəcələri risklərindən qorunma strategiyalarının metodoloji inkişaf prosesində nəzarəti və dəstəklənməsi;
  • Bankın daxili bazar risk modelləri əsasında daxili hesabatların idarəedilməsi; (bazar riskinə məruz qalma tədbirləri arasındakı əlaqənin qiymətləndirilməsi də daxil olmaqla; risk altında olan dəyər, stress testləri və ticarət limitləri)
  • Bazar riskini azaltma prosedurlarının koordinasiyası, onların icrasına nəzarət;
  • İnkişaf etmiş risk siyasətləri və metodologiyalarının düzgün istifadəsinə nəzarət;
  • Bankın daxili qayda, proses, siyasət, təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət.

Sizdən nə tələb olunur?

  • Təhsil: Maliyyə, İqtisadiyyat və ya digər müvafiq sahədə Bakalavr təhsili
  • İş təcrübəsi: Bazar riskləri və ya digər müvafiq sahədə minimum 1 il
  • Xarici dillər: İngilis
  • Kompüter bilikləri: Microsoft Office
  • Məhsul üzrə biliklər:  Maliyyə məhsulları və maliyyə bazarları haqqında bilik
  • Digər: Bazar üzrə biliklər
  • Bankın bazar və likvidlik risklərinin idarəedilməsinə aid olan daxili siyasət və prosedurları barəsində məlumatlılıq

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Bazar Riskləri üzrə Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur.

 

Layihə Meneceri / Baş Layihə Meneceri

Son tarix 10 okt 2022 - 

İşiniz nədən ibarətdir?

  • Strateji təşəbbüs portfoliosunun səmərəli şəkildə reallaşdırılması;
  • Bir və ya çoxsaylı biznes xəttini əhatə edən kompleks İT və ya biznes təşəbbüsləri proqramlarının idarəedilməsi;
  • Strateji plan, məqsəd, təşəbbüs və hədəflər barədə şirkət səviyyəsində məlumatlılıq;
  • Proqramın strateji məqsədlərinin həyata keçirilməsi və onun dəstəkləməsi üçün çoxsaylı layihələrin idarəedilməsi;
  • Təşəbbüslərin icrasının, proqram, proqram elementlərinin və qrup fəaliyyətinin izlənilməsi və qiymətləndirilməsi;
  • Təşəbbüslərin icrasında boşluqların, ziddiyyətlərin müəyyənləşdirilməsi və İdarə Heyətinə şəffaf şəkildə təqdim olunması;
  • İllik büdcə planlarının davamlı yenilənməsi prosesinə dəstək, mütəxəssis rəyinin təmin edilməsi, funksiyalararası müzakirələrdə iştirak;
  • Proqramın müvəffəqiyyət meyarlarının nəticəsi, ölçü parametrləri, sınaq testlərinin idarəedilməsi barədə hesabatların hazırlanması;
  • Layihənin uğurla həyata keçirilməsinə başlanma vaxtından bir iri və ya eyni anda bir neçə kiçik təşəbbüsün tətbiqinə qədər tam icra edilməsi;
  • Əsas maraqlı tərəflərin qiymətləndirəcəyi texniki-iqtisadi əsaslandırmalarda, təchizatçı seçimlərində və təkliflərin verilməsində iştirak və ya yönləndirmə;

Sizdən nə tələb olunur?

  • Təhsil: Maliyyə və ya İqtisadiyyat üzrə Bakalavr təhsili
  • İş təcrübəsi: Baş mütəxəssis üçün müvafiq sahədə minimum 2-5 il / Mütəxəssis üçün 2 ildən artıq
  • Lisenziya / Sertifikat: PMI / PMP, Prince 2 sertifikatı
  • Xarici dillər: İngilis (səlis), Rus (səlis)
  • Kompüter bilikləri: Microsoft Office, layihə idarəedilməsi proqramları (məs. Jira).
  • Məhsul üzrə biliklər: Biznes texnologiyaları üzrə təcrübə
  • Bazar üzrə biliklər: Makro iqtisadiyyat və bank sektoru
  • Digər: Proqram təminatı yazılma proseslərinin biliyi, İT arxitekturası və infrastrukturu barədə biliklər
  • Şəxsi münasibətlərin qurulması və idarə etmək bacarığı
  • Güclü ünsiyyət bacarığı (yazılı və şifahi)

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Layihə Meneceri / Baş Layihə Meneceri” qeyd edərək göndərməyiniz xahiş olunur.

 

Məhkəmə İşləri üzrə Hüquq Mütəxəssisi / Baş Hüquq Mütəxəssisi

Son tarix 10 okt 2022 - 

İşiniz nədən ibarətdir?

  • Bankın bütün istiqamətləri üzrə yüksək keyfiyyətli və peşəkar hüquqi yardımın göstərilməsi;
  • Sənədlərin hüquqi analizi və bankın maraqlarının məhkəmə orqanları, dövlət və özəl müəssisələr qarşısında müdafiəsi;
  • İddia ərizələrinin, apelyasiya və kassasiya şikayətlərinin, vəsatətlərin hazırlanması;
  • Bankın maraq və mənafelərinin məhkəmədə ən yaxşı şəkildə qorunması;
  • Bankın mediasiya proseslərində iştirakının təmin olunması və maraqlarının ən yaxşı şəkildə qorunması;
  • İcra prosesində bankın təmsil olunması və məhkəmə qərarlarının icrasının təmin edilməsi üçün bütün zəruri addımların atılması;
  • Dövlət orqanları və digər qurumlarla münasibətdə bankı təmsil etmək, tələb edilən hərəkətin edilməsi ilə bağlı bankın maraqlarının ən yaxşı şəkildə qorunması;
  • Bankın məhsullarının hüquqi ekspertizası və bankın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar hüquqi rəylərin verilməsi;
  • Şöbəyə daxil olan müxtəlif müraciət və sorğuların cavablandırılması;
  • Bankın struktur bölmələrinin fəaliyyəti ilə əlaqədar yaranan hüquqi problemlərin yerində və operativ araşdırılması;
  • Bankın fəaliyyəti ilə əlaqədar yaranan hüquqi məsələlər üzrə bankın əməkdaşlarlarının təlimatlandırılması;
  • Müxtəlif müqavilə, saziş və digər əqdlərin hazırlanması;
  • Əmək münasibətləri sahəsində bankın fəaliyyəti ilə bağlı zəruri hüquqi dəstəyin göstərilməsi.

Sizdən nə tələb olunur?

  • Təhsil: Hüquq ixtisası üzrə Bakalavr təhsili
  • İş təcrübəsi: Maliyyə sahəsində hüquq mütəxəssisi üçün 3 il, baş hüquq mütəxəssisi üçün 5 il
  • Xarici dil biliyi: Rus və ingilis
  • Kompüter bilikləri: MS Office proqramları
  • Digər: Komandada iş, güclü ünsiyyət, analitik düşüncə, tədqiqat, araşdırma bacarıqları

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda  ‘Məhkəmə İşləri İstiqaməti üzrə Hüquq Mütəxəssisi/Baş Hüquq Mütəxəssisi” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.