PASHA Bank

Baş Müştəri Meneceri

Son tarix 19 avq 2022 - 

İşiniz nədən ibarətdir?

  • Yerli və beynəlxalq maliyyə institutları ilə əlaqələrin idarəedilməsi və beynəlxalq reytinq agentlikləri ilə koordinasiyası;
  • Sindikatlar, ticarətin maliyyələşdirilməsi, ödənişlər və kredit xətti üzrə işin təşkili;
  • Bütün bankdaxili və xarici müştəri sorğularının icrası, sorğuların bankdaxili koordinasiyası və ehtiyaca uyğunlaşdırılmış həll yollarının təmin edilməsi;
  • Nostro hesabların açılması və effektiv idarəedilməsi;
  • Pul bazarı və sabit gəlir sövdələşmələrinin koordinasiyası;
  • Bank üçün əlverişli tranzaksiyaların aparılması məqsədilə yerli və beynəlxalq FX və pul bazarı tərəfdaşlarının axtarılması;
  • Fövqəladə hal zamanı əlaqələrin yaradılması üçün regionlarda bütün bankların və maliyyə institutlarının və ya yerli nümayəndəliklərin, regional nümayəndəliklərin əlaqə məlumatlarının saxlanılması və yenilənməsi;
  • Maliyyə risklərinin bankın risk iştahasına, riskin idarəedilməsi siyasət və prosedurlarına uyğun idarəsinin təmin edilməsi;
  • Bankın siyasət və prosedurlarına uyğun şəkildə xarici və yerli maliyyə təşkilatları ilə xarici valyuta mübadiləsini həyata keçirməklə bankın valyuta mövqeyinin Azərbaycan Respublikası Mərkəzi Bankının qaydalarına uyğun idarəsi;
  • Gündəlik və ya aylıq hesabatların tərtib edilməsi;
  • Texniki koordinasiya və kiçik mütəxəssislərin inkişafı və işinə nəzarətin və dəstəyin təmin edilməsi;
  • İcra strategiyaları və qərarlarının təhlili və təkmilləşdirilməsi.

Sizdən nə tələb olunur?

  • Təhsil: Maliyyə, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili
  • İş təcrübəsi: Xəzinədarlıq və ya oxşar sahə üzrə minimum 4 il
  • Xarici dil: İngilis və Rus
  • Lisenziya/ Sertifikat: CFA və DipIFR üzrə sertifikatlar
  • Kompüter bilikləri: Microsoft Office

Digər: 

  • Xarici və yerli kapital bazarı anlayışı
  • Xarici və yerli pul bazarı anlayışı
  • Xarici və yerli FX bazarı anlayışı
  • Xarici və yerli QK bazarı anlayışı
  • Xəzinədarlıq məhsullarının anlayışı
  • Xarici və yerli törəmə məhsullarının anlayışı
  • Ümumi maliyyə bilikləri
  • Bütün bank məhsulları haqqında biliklər

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 19.08.2022-ci il tarixinədək başlıqda  “Baş Müştəri Meneceri” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

 

Data Scientist (non credit)

Son tarix 06 avq 2022  - 

İşiniz nədən ibarətdir?

  • Statistika və maşın öyrənmə metodologiyalarından istifadə edərək “data science” üzrə dizayn və istifadə;
  • Tövsiyyə sistemləri və ehtimal modellərini qurmaq üçün innovativ yeni həllərin araşdırılması və modelin qurulması;
  • Rəqəmsal kanal aktivliyini dəstəkləmək üçün maşın öyrənmə modellərinin və optimizasiyaların qurulması və istifadə olunması;
  • Fərdi qiymətləndirmə və satın alma istəyi üzrə maşın öyrənmə alqoritmlərinin yaradılması və istifadə olunması.

Sizdən nə tələb olunur?

  • Təhsil: Statistika, Riyaziyyat, Kompüter Elmləri, Mühəndislik, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr və ya Magistr təhsili
  • Təcrübə: Real praktiki problemlərin analitik həllərin tətbiqi ilə həll olunmasına dair sübut olunmuş təcrübə, SQL və Python üzrə sübut olunmuş təcrübə, Linux, obyekt yönümlü proqramlaşdırma və versiyaya nəzarət təcrübəsi
  • Digər: Problem həll etmə və qərar vermə bacarığı

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Data Scientist” qeyd edərək göndərməyiniz xahiş olunur.

 

Data Scientist (credit)

Son tarix 06 avq 2022  - 

İşiniz nədən ibarətdir?

  • Statistika və maşın öyrənmə metodologiyalarından istifadə edərək “data science” üzrə dizayn və istifadə;
  • Risklərin qiymətləndirilməsi, öncədən xəbərdarlıq sistemləri və ehtimal modellərini qurmaq üçün innovativ yeni həllərin araşdırılması və modelin qurulması;
  • Kredit portfelinin genişləndirilməsi və riskləri minimuma endirmək üçün optimallaşdırma və maşın öyrənmə modellərinin yaradılması və istifadə olunması;
  • Kredit risklərinin monitorinqi, yığım və qiymətləndirmə modellərinin yaradılması və istifadə olunması.

Sizdən nə tələb olunur?

  • Təhsil: Statistika, Riyaziyyat, Kompüter Elmləri, Mühəndislik, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr və ya Magistr təhsili
  • Təcrübə: Real praktiki problemlərin analitik həllərin tətbiqi ilə həll olunmasına dair sübut olunmuş təcrübə, SQL və Python üzrə sübut olunmuş təcrübə, Linux, obyekt yönümlü proqramlaşdırma və versiyaya nəzarət təcrübəsi
  • Digər: Problem həll etmə və qərar vermə bacarığı

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Data Scientist” qeyd edərək göndərməyiniz xahiş olunur.