2024-cü ildə Azərbaycanda ən çox vergi ödəyən supermarketlərin siyahısı açıqlanıb.
İndex.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) istinadən xəbər verir.
Məlumata görə, bu siyahıya "Araz Supermarket" MMC başçılıq edir. Ötən il "Araz Supermarket" MMC dövlət büdcəsinə 36,7 milyon manat vəsait köçürüb.
"OBA Market" MMC 23,5 milyon manat vergi ödənişi ilə bu siyahıda ikinci yeri tutub.
Sonrakı yerləri isə "AL Market" MMC (23,2 milyon manat), "Bravo" MMC " (20,8 milyon manat), "Bazarstore" MMC (14,1 milyon manat) tutur.
"Grand-Mart" MMC 13,6 milyon manatla altıncı, "AZZA" QSC isə 12 milyon manatla siyahıda yeddinci yerdə qərarlaşıb.
