“Open.AI” süni intellekt şirkətində davam edən CEO böhranı həll edildi.
İndex.az xəbər verir ki, “Open.AI”, Sam Altmanın CEO vəzifəsinə qayıtması üçün prinsipial razılığın əldə edildiyini açıqladı.
Cümə günü şirkət Altmanın baş direktor vəzifəsinin bitdiyini elan etmişdi.
Şirkət daha sonra “Twitch”in keçmiş CEO-su Emmett Şirin yeni baş direktor təyin edildiyini açıqladı.
Altmanın işdən çıxarılması böyük əks-səda doğursa da, şirkətin investorları, xüsusilə “Microsoft” bu qərara reaksiya verdi.
Şirkət işçiləri də Altmanın işdən çıxarılmasından sonra şirkətdən ayrıla biləcəklərini bildiriblər.
