Süni intellekt dünyası son vaxtlar yeni böhranla sarsılıb.
İndex.az xəbər verir ki, "ChatGPT"nin arxasında duran "OpenAI" şirkəti bu yaxınlarda rəqib "Anthropic" ilə birləşmə təklifi göndərib.
"OpenAI"nin direktorlar şurası rəqib "Anthropic"in baş direktoruna keçmiş CEO Sam Altmanı əvəz etmək və iki AI startapını potensial olaraq birləşdirmək barədə müraciət edib.
Lakin "Anthropic" CEO-su Dario Amodey hər iki təklifi rədd edib.
Bazar günü direktorlar şurası "Twitch"in keçmiş CEO-su Emmett Şirə müvəqqəti icraçı direktor olmağı təklif etdi və Şir bu təklifi qəbul etdi.
