"ChatGPT"ni inkişaf etdirən "OpenAI", "ChatGPT"nin iş dünyasına yönəlmiş bir versiyasını buraxacağını açıqlayıb.

İndex.az xəbər verir ki, "OpenAI" şirkəti “ChatGPT Enterprise” tətbiqinin korporativ versiyasının buraxıldığını elan edib.

"ChatGPT Enterprise" proqramı korporativ səviyyəli təhlükəsizlik və məxfilik, limitsiz yüksək sürətli GPT-4 girişi, qabaqcıl məlumat təhlili imkanları, fərdiləşdirmə seçimləri və daha çox şey təklif edir.

Süni intellektin iş həyatının bütün sahələrində kömək edə biləcəyinə və komandaları daha yaradıcı və məhsuldar edə biləcəyinə inanıldığı ifadə edilən açıqlamada, hər hansı bir işdə kömək edəcək süni intellekt köməkçisinə doğru bir addım daha atıldığı ifadə edildi.

Açıqlamada təşkilatlardan "ChatGPT"yə misli görünməmiş tələbatın olduğu, "Block", "Canva", "Carlyle", "The Estée Lauder", PwC və "Zapier" kimi şirkətlərin "ChatGPT Enterprise"in ilk istifadəçiləri arasında olduğu qeyd edilib.