Bu ilin yanvar ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (89,88 Mbps) görə dekabr ayına nisbətən 5 pillə irəliləyərək 152 ölkə arasında 81-ci olub.

İndex.az "Speedtest Global Index"ə istinadən xəbər verir ki, ötən ay bir il əvvəlki göstərici (66,83 Mbps) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 34,5 % artıb.

Azərbaycan bu göstərici ilə Türkiyə (75,34 Mbps), İran (22,05 Mbps), Gürcüstan (44,55 Mbps), Ermənistan (81,21 Mbps), Qazaxıstan (87,17 Mbps), Qırğızıstanı (85,41 Mbps) və Tacikistanı (39,59 Mbps) geridə qoyub.