Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə fevralın 17-18-də külək güclənəcək.

İndex.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qusar, Şamaxı, Xızı, Qobustan, Goranboy, Daşkəsən, Kəlbəcər, Laçın, Zəngilan, Naftalanda, eyni zamanda Bakıda və Abşeron yarımadasında qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığauyğundur.